Enerji haradadır? Enerji hər yerdədir. O, daxilimizdə və bizi əhatə edən hər yerdə mövcuddur. Enerjisiz heç nə baş verə bilməz, heç nə hərəkət edə bilməz və heç nə dəyişə bilməz. Enerji neft damlasında, külək turbinində, zürafənin mədəsində, yaşıl yarpaqlarda və hətta təsəvvür etmədiyiniz başqa digər yerlərdə mövcuddur. “Enerji haradadır?” oyunun köməyi ilə siz enerjinin olduğu yerlərə möhtəşəm bir səyahət edə bilərsiz.
Mənzil təhlükəsizliyi İnsanlar tez-tez təhlükəsizliyə dair kiçik məsələlərə fakir vermirlər, amma sonda elə alınır ki, onlar özləri və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olurlar.
Məmmədovlar ailəsi evdə təhlükəli davranmaqla qorxulu mühitin yaranmasına səbəb olublar. Bu oyunu oynayın və onlara təhlükəsiz davranışların arzuolunmaz nəticələrini aradan qaldırmaqda kömək edin. Eyni zamanda həm şən vaxt keçirin, həm də öyrənin. Amma təklükəsizliyə dair öyrəndiklərinizi gələcəkdə tətbiq etməyi unutmayın.
Enerjiyə qənaət edin Bu gün enerji əsasən tükənən və bərpa olunmayan təbii ehtiyat olan neftdən və qazdan əldə olunur. Bu səbəbdən biz ondan qənaətlə istifadə etməliyik! Evlərində enerjini israf edən Cenkinslər ailəsinə kömək etməklə enerjiyə qənaət etməyin yollarını öyrənin və bu qaydaları öz evinizdə də tətbiq edin.
Neft və qaz viktorinası Neft və qaz Azərbaycanın ən böyük təbii ehtiyatıdır. Bu oyunu oynamaqla siz neft və qazın tarixi, kəşfiyyatı, daşınması və istifadəsi haqqında öyrənəcəksiz. Siz həmçinin Azərbaycanın ən böyük neft və qaz yataqlarını tanıyacaq, onların necə kəşf olunduqlarını və nə qədər neft ehtiyatlarına malik olduqlarını biləcəksiz.
Boru kəmərlərinin idarəetmə oyunu Bu oyunda siz üç şəhəri üç ayrı quyudan gələn qazla təmin edirsiz. Bu proses zamanı əmin olmalısız ki, şəhərlərdən heç biri qazsız qalmayıb yaxud həddən çox qaz almayıb. Bu oyun əyləncəli yolla qazın necə nəql olunduğunu izah edir. Bu çox sürətli və şən oyundur.


